İsveçrə çempionatında 6-cı turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” səfərdə “Servett”in qonağı olub. Oyun futbolçumuzun komandasının 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. 

 Matça start heyətdə çıxan hücumçumuz, 75-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “Qrasshopper” hazırda 9 xalla 10 komanda arasında 3-cü pillədə yer alıb.