Futbol üzrə İran çempionatında 2-ci turun oyunları baş tutub.

Offsideplus.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb. Təbriz klubu doğma meydanda “Zobahan”la qarşılaşıb. “Traktorçular” bu oyundan heç-heçə ilə ayrılıblar - 1:1. 

Bildirək ki, “Traktor” 2 turdan sonra 1 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.