Zaqreb “Dinamo”su heyətinə yeni futbolçu da cəlb edib.

Offsideplus.az xəbər verir ki, paytaxt təmsilçisi İtaliyanın “Atalanta” klubunun və Xorvatiyanın U-21 yığmasının üzvü Boşko Şutalonu heyətinə qatıb.

22 yaşlı futbolçu yeni klubu ilə 5 illik müqaviləyə imza atıb və Sloveniya toplanışına yollanıb. Xorvatiyanın “Osiyek” klubunun yetirməsi olan Şutalo, 2020-ci ildən “Atalanta”da çıxış edirdi. Müdafiəçi ötən mövsüm İtaliyanın “Verona” klubunda icarədə də oynayıb.