Futbol üzrə Belçika kubokunun qalibi bəlli olub.

Offsideplus.az xəbər verir ki, finalda "Gent"lə "Anderlext" qarşılaşıb. Brüsseldəki Rua Baudouin stadionunda keçirilən matçın əsas və əlavə vaxtında hesab açılmadığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan "Gent" 4:3 hesabı ilə qalib gələrək kubokun sahibi olub.

Beləliklə, "Gent" tarixində 4-cü dəfə ölkə kubokunu qazanıb.