FİFA prezidenti Canni İnfantino Qətərə köçüb.
Offsideplus.az xəbər verir ki, 51 yaşlı isveçrəli bundan sonra ailəsi ilə birlikdə paytaxt Dohada məskunlaşacaq. Bu barədə İsveçrə mətbuatı məlumat verib. Artıq ali qurum rəhbərinin qızları da bu ölkədə məktəbə yazılıb.
Bildirilirb ki, İnfantinonun bu addımı atmaqda səbəbi gələn il Qətərdə keçiriləcək olan Dünya Çempionatı olub.