Futbol üzrə İran çempionatında 14-cü turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” bu turda səfərdə “Fajr Sepasi” ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, Təbriz klubu 14 turdan sonra 12 xalla 13-cü pillədə qərarlaşıb.