Xorvatiyanın ən titullu klubunun sabiq futbolçusu İvitsa Vrdolyak Polşa "Legiya"sından ayrılmaq istəyən Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin mümkün transferi barədə yerli mətbuata açıqlama verib.
Offsideplus.az-ın məlumatına görə, karyerası ərzində hər iki klubda çıxış etmiş sabiq müdafiəçi azərbaycanlı futbolçunu tərifləyib:
"Mahir Emrelinin gəlişindən Zaqreb "Dinamo"su böyük impuls alacaq. Fikrimcə, hücumçu oyun üslubu baxımından, Mario Qavranoviçə çox oxşayır, amma daha sürətlidir. Maraqlıdır ki, Emreli tez-tez qol imkanları tapır. O, avrokuboklarda çox iş gördü. Buna görə də "Legiya" Avropa Liqasında İtaliya "Napoli"si və İngiltərə "Lester"inin də olduğu qrupda bir ara lider idi. Bununla yanaşı, azərbaycanlı hücumçunun Polşa çempionatında çox şeyi əldən verrib. Emreli Zaqreb klubunda Bruno Petkoviçlə birgə əla tandem yarada bilər. Çünki hər ikisi tam fərqli oyunçulardır".
Polşalı keçmiş forvard hesab edir ki, "Dinamo"nun 24 yaşlı oyunçunu heyətinə pulsuz qatması da mümkündür:
"Baxın, "Legiya" azarkeşləri öz oyunçularının olduğu avtobusa hücum etdikdən sonra Mahir müqaviləsinin pozulması üçün müraciət edib. O, özünə dəymiş zərər qarşılığında belə bir addım atıb. Ona görə də "Dinamo" Emrelini nəzəri cəhətdən havayı əldə edə bilər. Azarkeşlər Lukinyas və Emreliyə qarşı daha aqressiv idilər. Çünki bu duet son oyunlarda mübarizə belə aparmırdı. Lukinyas Varşavaya qayıtsa da, Emreli müqaviləsinin pozulmasına çalışır. Bu isə "Dinamo" üçün əla imkandır".