"Beşiktaş"ın futbolçusu Raşid Qezzal koronavirusa yoluxub.
Offsideplus.az xəbər verir ki, 29 yaşlı əlcəzairli oyunçunun COVİD-19 testi pozitiv çıxıb.
Oyunçu 7 günlük karantinə alınıb.
O, sabah Qətərdə keçiriləcək olan "Antalyaspor"la Super kubok matçında forma geyinməyəcək.