Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva bu gün Quba Olimpiya İdman Kompleksində olublar.

 Offsideplus.az xəbər verir ki, dövlət başçısı, xanımı və qızları yenidənqurma işlərindən sonra ərəzini gəziblər.

Bildirilib ki əsaslı təmirdən sonra kompleks ərazisində idman, istirahət, təlim və tədris mərkəzləri yaradılıb.

Bu kompleksdə 200-250 nəfər işçinin işləməsi üçün şərait yaradılıb. Onların çoxunun  yerli camaat olacağı bildirilib.

Daha sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva kompleks ərasisində yerləşən 6600 tamaşaçı tutumuna malik stadion, 340 nəfərlik üzgüçülük salonu,  otel və şahmat mərkəziylə tanış olubar.