Dortmund "Borussiya"sı növbəti mövsüm üçün transfer planı hazırlayır.

 Offsideplus.az xəbər verir ki, "sarı-qaralar"  "Benfika"da çıxış edən uruqvaylı Darvin Nunezi gələcək il heyətinə qatmaq niyyətindədir.

22 yaşlı hücumçu 2020-ci ildən "qartallar"ın şərəfini qoruyur.

Qeyd edək ki, Nunez bu mövsüm 16 maçta 11 qol və 2 məhsuldar ötürmə edib.