Konfrans Liqasında "Qarabağ"ın rəqibi olan "Kayrat"da ilk ayrılıq yaşanır.

Offsideplus.az xəbər verir ki, Vaqner Lav Qazaxıstan təmsilçisindən ayrılacaq. O, Almatı klubunun rəsmi Feysbuk səhifəsi vasitəsi ilə azarkeşlərlə vidalaşıb.

 

37 yaşlı hücumçu Konfrans Liqasının qrup mərhələsinin 5-ci turunda "Bazel"lə görüşdə Almatı təmsilçisi ilə son oyununa çıxacaq.

Noyabrın 25-də baş tutacaq "Kayrat" - "Bazel" qarşılaşması Bakı vaxtı ilə saat 19:30-da keçiriləcək. Qrupun digər oyununda isə  "Qarabağ" Kiprin "Omoniya" klubunu qəbul edəcək.

Xatırladaq ki, Vaqner Lav 2020-ci ildən "Kayrat"da çıxış edirdi. O, karyerası ərzində ÇSKA, "Monako" və "Beşiktaş" kimi önəmli klublarda çıxış edib.