"Real"ın belçikalı ulduz futbolçusu Eden Azar karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Offsideplus.az İspaniya mediasına istinadən xəbər verir ki, 30 yaşlı oyunçunun 6 aylıq icarə əsasında hansısa kluba gedəcəyi bildirilib. Hazırda isə ən uyğun variantın "Beşiktaş" olacağı gələn xəbərlər arasındadır.
Qeyd edək ki, Azar 2019-cu ildən "Real" ( Madrid ) forması geyinir. Onun klubu ilə 2024-də kimi sözləşməsi var.