"Qarabağ"ın sabiq futbolçusu Vild-Donald Gerye ağır itki ilə üzləşib.
Offsideplus.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçinin ailəsinin evi dağılıb. Buna avqustun 14-də Haitidə baş verən zəlzələ səbəb olub.
Hazırda Polşada olan futbolçu azarkeşlərindən kömək istəyib.
Qeyd edək ki, hazırda azad agent olan Gerye 2017-2019-cu illərdə də "Qarabağ"ın formasını geyinib.