Əliyar Ağayev Türkiyə millisinin matçını idarə edəcək.
Offsideplus.az xəbər verir ki, mayın 31-də Antalyada Türkiyə və Qvineya milli komandaları arasında keçiriləcək beynəlxalq yoldaşlıq oyununun baş hakimi Əliyar Ağayev olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.