İngiltərənin U 21 millisinin yeni baş məşqçisi gənc mütəxəssis ola bilər.

 Offsideplus.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, bu posta "Çelsi"nin sabiq çalışdırıcısı Frenk Lempard əsas namizəddir.

Milli komandanın Avropa Çempionatında göstərdiyi uğursuz çıxışdan sonra yeni baş məşqçi axtarışları başlayıb.

43 yaşlı Lempardın "milli yükü" götürüb-götürməyəcəyi hələlik sual altındadır.

Qeyd edək ki, İngiltərənin müvafiq yaş qrupundan ibarət yığma komandasına hazırda Eydi Bosroyt rəhbərlik edir.