"Milan"ın futbolçusu Zlatan İbrahimoviç San-Remo festivalına qatılıb.

Dünyanın məşhur yarışmalarından biri martın 2-6-sı aralığında keçirilir.

Offsideplus.az xəbər verir ki, İbrahimoviç "Milan"ın məşqindən sonra şəxsi avtomobili ilə San-Remoya yollanıb. Lakin yolda avtoqəza baş verdiyindən, məşhur futbolçu xeyli müddət tıxacda qalıb. Unikal adam festivala gecikməmək üçün maşını kənara çəkərək, yol qırağında saxlayıb və hərəkətdə olan motosiklet sürücüsündən onu dediyi ünvana çatdırmağı xahiş edib.

Yolda məlum olub ki, motosikletin sahibi də "Milan" azarkeşidir.