Farer adaları çempionatında III turun "AB Argir" - "HB Torshavn" oyununda maraqlı hadisə yaşanıb.
Offsideplus.az xəbər verir ki, qonaqların futbolçusu Adrian Yustinussen 14 dəqiqəyə (8, 12, 17 və 21-ci dəqiqələrdə) poker edib.
22 yaşlı hücumçu qollardan 3-ünü cərimə zərbəsindən vurub.
Qeyd edək ki, "HB Torşavn" 16-cı dəqiqədən meydanda azlıqda qalmasına baxmayaraq sonda 5:0 hesablı qələbə qazanıb.