Belçikanın "Anderlext" klubu yarımmüdafiəçi Samir Nəsri ilə yolları ayıracaq.

Offsideplus.az xəbər verir ki, buna səbəb koronavirus pandemiyası üzündən karantin rejimini pozan Nəsrinin klubun təlimatlarına əməl etməməsi olub. Rəhbərlik 32 yaşlı oyunçudan bu davranışına görə hesabat tələb etsə də, o, bundan imtina edib. 

Qeyd edək ki, Samir Nəsri daha əvvəl dopinqdən istifadəyə görə, 18 ay müddətinə diskvalifikasiya olunmuşdu.