Qazaxıstanıın “Tobol” klubundan erməni baş məşqçi Qriqori Babayana görə ayrılan Azərbaycan millisinin üzvü Emil Balayev Bakıya qayıdıb.

Offsideplus.az xəbər verir ki, hazırda azad agent statusu daşıyan qapıçımız fərdi məşqlər edir.

O, dünən şəhərdəki fitness zallarının birində çəkdirdiyi şəkli şəxsi sosial şəbəkə hesabından paylaşıb.