Milli komandamızın sabiq üzvü Badri Kvaratsxeliyanın oğlu Xviço Kvaratsxeliya "Lokomotiv"ə keçib. 

Offsideplus.az xəbər verir ki, bu barədə Moskva klubunun rəsmi saytı məlumat yayıb. Rustavi "Metallurq"undan icarəyə götürülən 18 yaşlı yarımmüdafiəçi ilə artıq rəsmi müqavilə imzalanıb və o, mövsümün sonuna kimi Premyer Liqa təmsilçisində çıxış edəcək.

Tbilisi "Dinamo"sunun yetirməsi olan Xviço "Metallurq"a ötən il keçib. Bu komandanın heyətində 18 oyuna 3 qol vuran futbolçu Gürcüstanın gənclər millisi ilə yanaşı, U-17 və U-19 yığmalarının da formasını geyinib. Aşağı yaş qrupları üzrə komandalarda 25 oyun keçirən yarımmüdafiəçi 17 qol vurub.(qol.az)