Futzal üzrə Çempionlar Liqasının ilkin və əsas mərhələsinin püşkü atılıb.
Offsideplus.az xəbər verir ki, bu turnirdə Azərbaycanı "Araz-Naxçıvan" təmsil edəcək.
Təmsilçimiz F qrupunda Ljuti Krajişniç (Avstriya), PYF Saltires (Şotlandiya) və Sparta Belfast (Şimali İrlandiya) komandaları ilə qarşılaşacaq. Oyunlar avqustun 26-dan 31-dək Avstriyada keçiriləcək.
Qeyd edək ki, ilkin mərhələdə ümumilikdə 32 komanda 8 qrupda mübarizə aparacaq və ancaq qrup qalibləri əsas mərhələyə vəsiqə qazanacaq.