Bu gün minifutbol üzrə dünya çempionatının sonuncu gündür.
Offsideplus.az xəbər verir ki, öcə yarışda 3-cü yer uğrunda oyun keçirilib.
Serbiya yığması Monteneqronu məğlub edərək bürünc medallara sahib çıxıb.
Ardınca Milli Gimnastika Arenasında bağlanış mərasimi baş tutub.
Finaldan öncə təşkil olunan konsert proqramında xalq artisti Faiq Ağayev və müğənni Mərdan Kazımov azarkeşləri coşdurublar.
Daha sonra Azərbaycan və Macarıstan milli komandaları arasında həlledici görüş keçirilib.
Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv qələbə qazanaraq tarixində ilk dəfə dünya çempionu tituluna yiyələnib.
Xatırladaq ki, indiyədək ABŞ (2015), Çexiya (2017), Meksika (2019) və Rumıniya (2023) komandaları dünya çempionu olmuşdular. Azərbaycan yığması, həmçinin 2022-ci ildə Avropa çempionatında qızıl medallara layiq görülüb.
Minifutbol üzrə dünya çempionatı
Final
Azərbaycan- Macarıstan 4:2
Təmkin Xəlilzadə, 3; Məhəmməd Xəlilov, 8; Rəvan Kərimov, 10; 29
3-cü yer uğrunda oyun
Monteneqro - Serbiya 0:3