Bakıda təşkil olunan munifutbol üzrə sayca 5-ci dünya çempionatında bu gün qrup mərhələsinin ikinci turuna start verilib.

Offsideplus.az xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən yarışda gün ərzində 8 matç gerçəkləşib.

A qrupunda yer alan Azərbaycan yığması ikinci oyununu saat 20:45-də Sloveniya kollektivinə qarşı keçirib və 4:0 hesablı parlaq qələbə qazanıb.

Elşad Quliyevin yetirmələri mayın 21-də birinci turda Bəhreynlə qarşılaşmada sensasiyalı şəkildə xal itirmişdilər - 1:1.

1/8 finala vəsiqə qazanmaq üçün qrupda ilk iki yerdən birini tutmaq lazımdır.

23 may

12:45 Mavritaniya- Bəhreyn 2:0

14:00 Fransa - Özbəkistan 3:3

15:15 İngiltərə - Macarıstan 1:1

16:30 Çad - Rumıniya 4:2

Son dünya çempionu Rumıniya yığması gözlənilmədən Çada məğlub olub

18:15 Bolqarıstan- Hindistan 5:0

19:30 Ukrayna - Türkiyə 1:3

"Ay-ulduzlular" yarışda birinci qələbələrini qazandılar, Ukrayna yığması isə ardıcıl 2 məğlubiyyətdən sonra qrupda qalacağı dəqiqləşən ilk kollektiv oldu

20:45 Sloveniya - AZƏRBAYCAN 0:4

Elvin Əlizadə 10; Mirmehdi Rzayev, 11; Xətai Bağırov, 25; Kamran Abdullazadə, 40

22:00 Portuqaliya- Slovakiya 2:1

Portuqaliya kollektivi qələbə sayəsində 1/8 finala yüksələn birinci komanda olub, eyni zamanda Ukraynanın ardınca Hindistanın qrup mərhələsini adlaya bilməyəcəyi dəqiqləşin

A qrupu

                         O Q H M  T  X  

1. Azərbaycan 2 1 1 0 5-1 4

2. Mavritaniya 2 1 1 0 3-1 4

3. Sloveniya    2 0 1 1 1-5 1

4. Bəhreyn      2 0 1 1 1-3 1

B qrupu

1. Fransa        2 1 1 0 4-3 4

2. Çad              2 1 0 1 4-3 3

3. Rumıniya    2 1 0 1 4-5 3

4. Özbəkistan 2 0 1 1 4-5 1

C qrupu

1. İngiltərə      2 1 1 0 5-1 4

2. Türkiyə        2 1 1 0 4-2 4

3. Macarıstan 2 0 2 0 2-2 2

4. Ukrayna      2 0 0 2 1-7 0

D qrupu

1. Portuqaliya  2 2 0 0 5-2 6

2. Slovakiya     2 1 0 1 16-2 3

3. Bolqarıstan  2 1 0 1 6-3  3

4. Hindistan     2 0 0 2 0-20 0

Qeyd edək ki, dünya çempionatına iyunun 1-də yekun vurulacaq. 

Onu da əlavə edək ki, bundan öncə keçirilən dünya çempionatlarında ABŞ (2015-ci il), Çexiya (2017-ci il), Meksika (2019-cu il) və Rumıniya (2023-cü il) yığmaları qızıl medallara layiq görülüblər. Milli komandamız ilk cəhddə dünya çempionatında 4-cü yeri tutub.