Futzal üzrə Azərbaycan Tələbə Liqasının qalibi müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, həlledici qarşılaşmada Azərbaycan Texniki Universiteti (AzTU) Azərbaycan İdman Akademiyasına (ASA) qarşı mübarizə aparıb.

AzTU-nun idman zalında keçirilən finalda ASA rəqibinə imkan verməyib.

Finalda 4 qol vuran akademiya tələbələri ardıcıl 5-ci dəfə Liqanın qalibi olublar.

Azərbaycan Tələbə Liqası, final

Azərbaycan Texniki Universiteti- Azərbaycan İdman Akademiyası 0:4

Qüdrət Qasımzadə (2), Sirac Məmmədli, Eldar Zeynalov