Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.
Offsideplus.az "A Spor"a istinadla xəbər verir ki, İstanbul təmsilçisi "Mançester Yunayted"in gənc vingeri Alexandro Qarnaçonun icarəyə götürmək üçün hərəkətə keçib.
"Cim-bom" rəhbərliyi komandadan ayrılacağı gözlənilən Nikolo Zaniolonun yerinə argentinalı futbolçunu gətirməyi düşünür.
Qeyd edək ki, ötən ildən MY-də çıxış edən Qarnaço bu mövsüm çıxdığı 17 oyunda 2 dəfə fərqlənib.



