"Çelsi"nin əfsanə qapıçısı Peter Çex maraqlı açıqlaması ilə gündəmə gəlib.
Offsideplus.az xəbər verir ki, 39 yaşlı sabiq qolkiper Çempionlar Liqasında "Qalatasaray"la qarşılaşdıqları oyunu xatırlayıb.
"2014-cü ildə Didye Droqbanın orda çıxış etdiyi dönəmdə onlarla üz-üzə gəldik. 55 min azarkeş bir ağızdan top bizdə olarkən, fitə basırdı. Stadionda bir-birimizi eşidə bilmirdik".
Qeyd edək ki, Çex 2004/2015-ci illər aralığında "Çelsi"də çıxış edib. O, 2019-cu ildə karyerasını yekunlaşdırıb.



