Böyükağa Hacıyevdən xəbər var. Ürək əməliyyatından sonra “Modern Hospital”a köçürülən, təxminən 10 gün bu xəstəxananın reanimasiya şöbəsində qalan təcrübəli mütəxəssis başqa klinkaya köçürülüb. 

Offsideplus.az xəbər verir ki, durumu ağırlaşdığından, “Modern”dəki həkimlər Hacıyevin yenidən infarkt keçirdiyini düşünərək başqa xəstəxanaya göndərilməsini məsləhət görüblər.

Belədə Böyükağa bəy “Mərkəzi Klinka”ya yox, bu dəfə “Baku Medical Plaza”ya köçürülüb. Hazırda reanimasiyadadı. Yaxınlarından aldığımız məlumata görə, ürək döyüntüləri əvvəlki kimi zəifdi. Yəni ürəyi ilə bağlı yaxşı mənada irəliləyiş yoxdu. Sevindirici məqam odu ki, yanına gələnləri tanıyır, hətta söhbət edir, suallar verir. Həkimlərlə heç cür yola getmir. Hər imkanda onlardan evə buraxılmasına icazə istəsə də, “yox” cavabı alır. ("Futbol plus" qəzeti)