AFFA və Bakı Futbol Federasiyası UEFA-nın "HatTrick" proqramı çərçivəsində birgə layihəyə start verir.
Offsideplus.az milli assosiasiyanın rəsmi saytına istinadən bildirir ki, fevralın 24-dən 26-dək D kateqoriyalı məşqçi kursları təşkil olunacaq.
"ASCO Arena"da keçiriləcək dərslər həm nəzəri, həm də praktiki məşğələləri əhatə edəcək.
Təlimlər AFFA-nın peşəkar instruktorları tərəfindən aparılacaq



