ABŞ-da yaşayan azərbaycanlı peşəkar hokkeyçi Danial Caniyev (Danny Dzhaniyev) ölkəmizə gələcək.
Offsideplus.az xəbər verir ki, o, iyunun 29-da “Ocaq Sport” klubunun gənc hokkeyçiləri ilə görüşəcək və onlara ustad dərsi (masterclass) keçəcək.
Görüş Heydər Əliyev adına İdman-Konsert Kompleksinin Buz Meydançasında baş tutacaq.
Məqsəd gənc idmançılar motivasiya etmək, onların peşəkar bilik və bacarıqları öyrənməsinə şərait yaratmaqdır.
Qeyd edək ki, Danial Caniyev hazırda ABŞ-ın prestijli Penn State University komandasının aparıcı oyunçularındandır. O, Amerika Hokkey Federasiyası sistemində yetişib, müxtəlif beynəlxalq turnirlərdə iştirak edib və yüksək nəticələr göstərib. Danialın hər iki valideyni azərbaycanlıdır.
???? Əlaqə üçün:
Sərxan İsmayılov
İdman meneceri, “Ocaq Sport” Klubu
???? +994 70 876 59 44
???? ocaqsport@gmail.com