Badminton üzrə Azərbaycan milli komandası Bakıda keçirilən Avropa çempionatının ikinci turunu da məğlubiyyətlə başa vurub.
Offsideplus.az xəbər verir ki, qarışıq komandalar arasında təşkil olunan yarışda yığmamız bu dəfə İspaniya ilə bacarmayıb. Pireneylilər 3:2 hesablı qələbə qazanmaqla, milli komandamızın yarımfinal şansının üstündən xətt çəkiblər.
İlk turda həmyerlilərimiz eyni hesabla İngiltərəyə uduzmuşdular. Hazırda 0 xalla qrupda axırıncı yeri tutan yığmamızın Danimarka ilə sabahkı görüşü simvolik xarakter daşıyacaq.
Avropa çempionatı fevralın 16-da başa çatacaq.