"Neftçi" klubu milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən istifadə edərək bu gün yoxlama oyunu keçirib.

Offsideplus.az xəbər verir ki, paytaxt təmsilçisi Bakıda "Zenit"i qəbul edib. "Neftçi Arena"da keçirilən görüşdə Bakı klubu 2:1 hesabı ilə qalib gəlib. Reziuan Mirzov sözügedən oyunda dubla imza atıb.

Qeyd edək ki, bu komandalar Rusiyada mövsümöncəsi beynəlxalq turnirdə üz-üzə gəliblər və "Zenit" qələbə qazanıb - 3:1.