AFFA-nın təşkilatçılığı ilə ardıcıl 4-cü dəfə təşkil edilən ənənəvi “Zəfər” turnirinə yekun vurulub.

Offsideplus.az xəbər verir ki, məşqçi və inzibatcılardan təşkil olunan "Araz-Naxcıvan" bu gün yarımfinalda "Sabah"la üz-üzə gəlib.

5:1 hesabı ilə qələbə qazanan “Araz-Naxçıvan” finalda "Neftçi" ilə üz-üzə gəlib. Oyunun gedişində 3:0 hesabı ilə öndə olan komandamız üstünlüyünü son dəqiqədə əldən verib və matçın əsas vaxtı 3:3 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında dəqiq oynayan "qırmızı-aglar" 3:1 hesabı ilə qalib gəlib və Zəfər kubokunu qazanıb. Turnirin sonunda komanda üzvlərinə medallar və kubok təqdim olunub.