Çimərlik futbolu üzrə Bakıda təşkil olunan dünya çempionatının seçmə mərhələsi davam edir.
Offsideplus.az xəbər verir ki, Azərbaycan millisi bu gün ikinci oyununu keçirəcək. Yığmamız "Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında saat 18:45-də Estoniya kollektivi ilə üz-üzə gələcək.
A qrupunun digər matçında İtaliya və Moldova seçmələri üz-üzə gələcəklər.
Qeyd edək ki, Azərbaycan komandası ilk görüşdə Moldovaya 2:3 hesabı ilə uduzub.