Bakıda təşkil olunan çimərlik futbolu üzrə dünya çempionatının seçmə mərhələsində bu gün Azərbaycan millisi ilk oyununa çıxacaq.

Offsideplus.az xəbər verir ki, millimiz “Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında saat 18:45-də Moldova yığması ilə üz-üzə gələcək.

A qrupunun digər görüşündə İtaliya və Estoniya komandaları qarşılaşacaq. Bu oyun isə 13:30-da start götürəcək.

Azərbaycan millisinin heyəti:

Qapıçılar: Elçin Qasımov, Vaqif Şirinbəyov, Rafiq Kərimov;

Oyunçular: Comərd Baxşəliyev, Elşad Manafov, Orxan Məmmədov, Fuad Hüseynov, İsa Zeynalli, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Amid Nəzərov, Hüseyn Axundov, Tural Qurbatov.