Paytaxtımızda keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turniri davam edir.

Offsideplus.az xəbər verir ki, növbəti oyun günündə Bakı Tennis Akademiyasında 6 qarşılaşma baş tutacaq. 

A və B qruplarında əvvəlcə 2-ci turun matçları, daha sonra isə hər qrupda 3-cü turun bir görüşü təşkil ediləcək. A qrupunda İtaliya, B qrupunda isə Türkiyə yığması 2 oyun keçirəcək.

A qrupunda mübarizə aparan, İlk turda Çexiya ilə qolsuz heç-heçə edən Azərbaycan millisi günün son qarşılaşmasında İtaliya seçməsi ilə üz-üzə gələcək.

Beynəlxalq Minifutbol Turniri
2 may
A qrupu

12:30. İtaliya – Gürcüstan

15:30. Serbiya – Çexiya

20:30. Azərbaycan – İtaliya

B qrupu

11:00. Türkiyə - Ukrayna

14:00. Qazaxıstan – CAR

19:00. Türkiyə - Fransa