Bu gün Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş mini-futbol üzrə beynəlxalq turnirə start verilib. 

Offsideplus.az xəbər verir ki, iki yarımqrupa bölünən turnirdə 10 milli komanda iştirak edir.

İlk turda Azərbaycan millisi Çexiya ilə üz-üzə gəlib. Millimiz bu görüşdə rəqibi ilə bərabərə qalıb.

Azərbaycan - Çexiya - 0:0