Argentina yığmasının kapitanı Lionel Messi növbəti rekorda imza atıb.

Offsideplus.az xəbər verir ki, bu, sosial şəbəkəyə aiddir. PSJ-nin hücumçusu instaqramda ən çox bəyənmə toplayan şəxs olub.

Messinin dünya çempionu olduqdan sonra paylaşdığı foto hazırda 61 milyondan çox insan tərəfindən bəyənilib. Bu, isə rekord göstəricidir. Bundan əvvəlki rekord yumurta fotosunda idi. Bu posta 56 milyon 98 min bəyənmə gəlmişdi.