2028-ci ildə ABŞ-ın Los Anceles şəhərində keçirilməli olan Yay Olimpiya və Paralimpiya Oyunlarının dəqiq vaxtı məlum olub.

Offsideplus.az xəbər verir ki, 14-30 iyulda olimpiada, 15-27 avqustda isə paralimpiada baş tutacaq.

Yarışlarda 15 minədək idmançının iştirakı gözlənilir.

 Qeyd edək ki, Yay Olimpiya Oyunları Los Anceles şəhərində 3-cü dəfə keçiriləcək. Daha əvvəl bu şəhər 1932 və 1984-cü illərdə  baş tutan analoji yarışa ev sahibliyi edib.