Azərbaycan para-üzgüçüsü Raman Saleh Avropa çempionatının qalibi olub.

Offsideplus.az xəbər verir ki, idmançımız Portuqaliyanın Madeyra şəhərində keçirilən yarışda 100 metr məsafəyə arxası üstə üzmə növündə 1 dəqiqə 1,57 saniyə nəticə göstərərək bütün rəqiblərini geridə qoyub.

Qızıl medalın sahibi olan Raman Saleh Tokio-2020 Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.