Atletika üzrə üç qat Olimpiya çempionu olan Bobbi Morrou dünyasını dəyişib.

Offsideplus.az xəbər verir ki, amerikalı idmançı 85 yaşında vəfat edib.

Sabiq sprinterin ölüm səbəbi bəlli deyil.

Qeyd edək ki, Bobbi Morrou 1956-cı ildə Avstraliyanın Melburn şəhərində keçirilmiş Olimpiya Oyunlarında 100 və 200 metr məsafəyə qaçışda, həmçinin 4x100 m estafet yarışında qızıl medalın sahibi olub.