Rusiyanın İvanova şəhərində 2004-2007-ci ilər təvəllüdlü yeniyetmələr arasında qılıncoynatmanın şpaqa növü üzrə ikinci “Rusiyanın qızıl üzüyü” adlı komandalar arası açıq turnir keçirilib.

Qızların yarışında Alfiyə Abdinova, Azərin İdriszadə və Nazilə Rəhimovadan ibarət komandamız da iştirakçılar arasında yer alıb. Yeniyetmə şpaqaçılarımız 7 komandanın mübarizə apardığı turnirdə bütün rəqiblərinə qalib gələrək finala yüksəlib. Həlledici görüşdə məğlub olan idmançılarımız turniri ikinci pillədə başa vurublar.