Şotlandiya çempionatında 30-cu turun görüşləri keçirilir.
Offsideplus.az xəbər verir ki, bu turda dünyanın ən qədim derbilərindən olan "Seltik" - "Reyncers" matçı keçirilib. Görüşün ilk hissəsində qonaqlar 2 cavabsız qol vurub.
"Seltik" ikinci 45 dəqiqədə hesabı bərabərləşdirməyi bacarıb. Lakin qarşılaşmada son sözü "Reyncers"in hücumçusu Hamza İqamane qoyub.
Bu məğlubiyyətə baxmayaraq "ağ-yaşıllar" 75 xalla liderliyini davam etdirib. İkinci yerdə gedən "Reyncers"in isə axtivində 62 xal var.