Azərbaycanın məktəb və futbol klublarında SCALE (İdman Karyerası və Akademik öyrənmənin gücləndirilməsi) layihəsinə start verilib.
Offsideplus.az saytı xəbər verir ki, 2025-ci lin dekabrınadək davam edəcək layihə AFFA və Elm və Təhsil Nazirliyinin birlikdə əməkdaşlığı sayəsində gerçəkləşdrilir.
Əsas məqsəd gənc futbolçuların təhsildən uzaqlaşmasının qarşısını almaq, onların həm idmanda, həm də akademik sahədə inkişafına dəstək olmaqdır.
UEFA-nın dəstəklədiyi SCALE layihəsinə Azərbaycan, İtaliya, Rumıniya, Malta və Moldova futbol federasiyaları cəlb olunub.
İlk təlim Bakıda yerləşən 220 nömrəli məktəb-liseydə keçirilib. Bakı məktəblərindən olan müəllim-məşqçilər üçün təşkil edilən təlimdə əsas mövzular dual karyera modeli, gənc futbolçular üçün akademik dəstək üsulları olub. Təlimlər layihə üzrə koordinator Kifayət Mustafayeva və təlimçilər Gülyana Özcan, Ofeliya Qafarova tərəfindən aparılıb.
SCALE layihəsi AFFA-nın rəhbərliyi ilə Bakının müxtəlif məktəblərində və futbol akademiyalarında icra ediləcək.