İtaliyalı hücumçu Mario Balotelli özünə yeni iş yeri axtarmaq məcburiyyətində qalıb.
Offsideplus.az xəbər verir ki, 35 yaşlı futbolçu hazırda çıxış etdiyi "Cenoa"dan göndərilmək üzrədir.
Məsələ burasındadır ki, ötən ilin oktyabrında Genuya təmsilçisinə keçən Balotelli ümidləri doğrultmur. O, bu müddət ərzində İtaliya A seriyasında 6 matçda cəmi 56 dəqiqə oynayıb.
Artıq futbolçunun karyerasını harada davam etdirə biləcəyi haqda variantlar mövcuddur. Hücumçu ABŞ və ya Braziliya çempionatında peyda ola bilər.
Qeyd edək ki, qalmaqallı, nizam-intizamsız futbolçu kimi ad çıxaran Balotelli 18 illik karyerası ərzində 5 müxtəlif ölkədə 14 dəfə klubunu dəyişib.