Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin şərəfini qoruduğu "Boluspor" Türkiyə I Liqasında növbəti matçını keçirib.

Offsideplus.az xəbər verir ki, Bolu təmsilçsi səfərdə "Manisa"ya qarşı mübarizə aparıb.

Görüşə ehtiyat oyunçular skamyasında başlayan 29 yaşlı yarımmüdafiəçi 86-cı dəqiqədə meydançaya çıxıb. Onun komandası 2:0 hesablı qələbə qazanıb. 

"Boluspor" qələbə sayəsində xalını 37-yə çatdıraraq, 8-ci pilləyə yüksəlib.