Bu gün Çempionlar Liqası və Avropa Liqası ilə yanaşı, UEFA Konfrans Liqasında da cari mövsümün qalan hissəsinin püşkü atılıb.

Offsideplus.az xəbər verir ki, yarışın favoriti "Çelsi" Danimarka "Kopenhagen"inə qarşı mübarizə aparacaq.

Digər cütlüklərdə də futbol həvəskarlarını maraqlı oyunlar gözləyir.

1/8 final mərhələsinin ilk matçları martın 6-da, cavab görüşləri bundan 1 həftə sonra olacaq.

1/8 final mərhələsi

"Betis” (İspaniya) - “Vitoriya” (Portuqaliya)

“Selye” (Sloveniya) - “Luqano” (İsveçrə)

 “Borats” (Bosniya və Herseqovina) - “Rapid” (Avstriya)

“Molde” (Norveç) - “Legiya” (Polşa)

 “Yagelloniya” (Polşa) - “Serkl Brügge” (Belçika)

“Panatinaikos” (Yunanıstan) - “Fiorentina” (İtaliya)

“Pafos” (Kipr) - “Yurqorden” (İsveç)

“Kopenhagen” (Danimarka) - “Çelsi” (İngiltərə)