Hava şəraitinin kəskin soyuması, güclü külək futbol üzrə Azərbaycan çempionatının təqviminə də öz təsirini göstərib.

Offsideplus.az xəbər verir ki, AFFA bunula bağlı qərar qəbul edib.

Qurumun mətbuat xidmətindən bildirilib ki, aşağı yaş qrupları üzrə çempionatlarda növbəti turun oyunları təxirə salınıb. Fevralın 22 və 23-də U-8, U-9, U-10, U-11, U-12, U-13 və U-14 Liqalarında uşaqlar meydançaya çıxmayaaqlar.