17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Kubokundakı son rəqibi müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, milli komandamız 3-cü yer uğrunda görüşdə fevralın 21-də Özbəkistanı sınağa çəkəcək.

Hər iki kollektiv öz qrupunda ikinci yeri tutub. Əsasnaməyə görə, belə olan halda, tərəflər yarışın 3-cü yeri uğrunda matçda üz-üzə gəlməlidirlər. Turnirin final görüşü isə Rusiya və Belarus yığmaları arasında keçiriləcək.

Xatırladaq ki, İlham Yədullayevin yetirmələri B qrupunda Rusiya (0:3), İran (1:0) və Qazaxıstana (2:1) qarşı mübarizə aparıblar.