Braziliyalı fubolçu Neymarın atası Neymar da Silva oğlunun gələcəyindən danışıb.
Offsideplus.az xəbər verir ki, o, digər klublardan gələn təkliflərlə bağlı söz-söhbətə son qoyaraq, 33 yaşlı hücumçunun "Santos"da uzun müddət qalacağını söləyib.
"Biiz bura cəmi 5 aylıq əməkdaşlıq üçün gəlməmişik. Məqsədimiz "Santos"a yeni tərəfdaşlar tapmaqda kömək etmək, klub strukturunun yaxşılaşmasına töhfə verməkdir" - deyə ata Neymar söyləyib.
Xatırladaq ki, ulduz futbolçu Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubundakı uğursuz karyeradan sonra ötən ay "Santos"a qayıdıb. Onun Braziliya təmsilçisi ilə müqaviləsinin müddəti bu ilin yayına qədərdir.