Atletika karyerasını bitirdikdən sonra futbola başlayan və Avstraliyanın Central Coast Mariners klubunda forma geyinən Usayn Boltla bağlı yeni xəbər yayılıb.

 
Offsideplus.az xəbər verir ki, yamaykalı sabiq atlet futbolçu karyerasını Avropada davam etdirə bilər. Malta təmsilçisi Valletta Bolta 2 illik müqavilə təklif edib.
Klubun baş direktoru Qasston Slimen ESPN telekanalına açıqlamasında bu barədə məlumat verib. 
 
32 yaşlı idmançının keçidi dekabrın 13-də Baltsan-la nəzərdə tutulan Malta Super Kuboku uğrunda oyuna qədər həll edilə bilər.
 
Xatırladaq ki, Valletta 2014/15 mövsümündə Çempionlar Liqasının II təsnifat mərhələsində Qarabağ-la qarşılaşıb və iki oyunun nəticəsinə görə 0:5 hesabı ilə (0:1, 0:4) uduzub.